Semyon Peqov: “Ermənistan 180 hərbçi itirib”
13.09.2022
Rusiyalı "hərbi jurnalist”, İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın təbliğatını aparan Semyon Peqov Azərbaycan-Ermənistan sərhədində baş verən son toqquşmalarda 180 erməni hərbçisinin öldürüldüyünü, 50-dən çox yaralının olduğunu açıqlayıb.
O, bu barədə özünün "Semyon Peqov” "Telegram” kanalında yazıb.
Erməni təbliğat maşınının əlaltısı S.Peqov həmçinin Azərbaycan ordusu tərəfindən məhv edilən onlarla erməni hərbçinin döyüş meydanında qalmış cəsədlərinin videogörüntülərini yayımlayıb.
Qeyd edək ki, Semyon Peqov "YouTube” şəbəkəsində "Wargonzo” layihəsinin müəllifidir. O, İkinci Qarabağ müharibəsi zamanı Ermənistanı və Qarabağdakı erməni separatçılarını dəstəkləmək məqsədi ilə saxta xəbərlər yaymaqla tanınıb.