21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ukraynalı deputat: “Ermənistana beynəlxalq ictimaiyyət sanksiyalarla təsir göstərə bilər”

13.09.2022

"Hazırkı vəziyyətdə Ermənistana yalnız beynəlxalq ictimaiyyət sanksiyalarla təsir göstərə bilər”.

Bunu Ukrayna Ali Radasının "Xalqın xidmətçisi” Partiyasından olan deputatı Yuri Kamelçuk Ermənistan Silahlı Qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatı şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ermənistanda revanşist əhvali-ruhiyyə hökm sürür və bu baxımdan dünya bu ölkəyə dəstək vermir: "Onlar hüquqi normalara və beynəxalq qanunlara riayət etsələr, bəlkə də, bu vəziyyəti həll etmək mümkün olacaq”.

Onun sözlərinə görə, artıq Ukraynanın Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədində baş verənləri izlədiyi barədə bəyanat yayıb.

Deputat Ermənistanın dəstək üçün Ukraynada aparılan genişmiqyaslı müharibəyə görə günahkar olan Rusiyaya müraciət etməsinin təəssüf doğurduğunu bildirib.