NATO-dan sərhəddəki gərginliyə reaksiya
13.09.2022
NATO hərbi əməliyyatları dərhal dayandırmağa və Ermənistan və Azərbaycan sərhədində vəziyyətin təcili olaraq sabitləşməsinə çağırır.
"DM" xəbər verir ki, bunu NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Havyer Kolomina Tvitter səhifəsində yazıb.
"Ermənistan-Azərbaycan sərhədindəki hücumlardan son dərəcə narahatdır. NATO hərbi əməliyyatları dərhal dayandırmağa və gərginliyi təcili azaltmağa çağırır”, - Kolomina bildirib.
Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib