İbrahim Kalın: “Türkiyə Azərbaycanın yanındadır”
13.09.2022
"Sülh və sabitlik yalnız Azərbaycanın ərazi bütövlüyü və qanuni hüquqları əsasında əldə edilə bilər”.
Bu barədə Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın bildirib.
"Azərbaycan-Ermənistan sərhədində toqquşmalar narahatlıq doğurur. Danışıqlar davam etdiyi müddətdə Ermənistan təxribat xarakterli davranışlardan uzaq durmalıdır. Sülh və sabitlik yalnız Azərbaycanın ərazi bütövlüyü və qanuni hüquqları əsasında əldə edilə bilər. Türkiyə Azərbaycanın yanındadır”, - deyə İbrahim Kalın qeyd edib.