21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Korotçenko: “Ermənistanın KTMT və Rusiyaya hərbi dəstək çağırışı qanunsuzdur”

13.09.2022

"Ermənistanın KTMT və Rusiyaya hərbi dəstək çağırışı hüquqi baxımdan qanunsuzdur”.

Bunu rusiyalı hərbi ekspert, "Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-yə müraciətini özünün "Telegram” kanalında şərh edərkən bildirib.

O, söhbətin lokal sərhəd insidentindən getdiyini qeyd edərək, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya olunmadığını xatırladıb və bu halda dövlətlər arasında sərhədin olmadığını, de-fakto təmas xəttinin mövcud olduğunu vurğulayıb.

"Silahlı insidentin mənbəyi Ermənistan tərəfi və onun silahlı təxribatlarıdır. Azərbaycan tərəfi yalnız cavab tədbiri görüb, yəni bu fəaliyyət özünümüdafiə kateqoriyasına aiddir”, - deyə o əlavə edib.

"Azərbaycan işğaldan azad edilmiş ərazilərinin dinc yolla bərpası və inkişafı istiqamətində genişmiqyaslı işlərlə məşğuldur, Ermənistan isə iki il əvvəlki vəziyyətdədir (revanşizm, təhdidlər, təxribatlar)”, - deyən ekspert Moskva və KTMT-nin vəziyyəti həll etmək üçün siyasi və diplomatik üsullardan istifadə etdiyini vurğulayıb.