Kəmaləddin Heydərov rəis müavinlərini vəzifələrindən azad edib – YENİ TƏYİNAT
13.09.2022
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb xidməti Tibb işləri üzrə iki rəis müavini vəzifəsindən azad olunub.
"Qaynarinfo” xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Rəfiq Faiq oğlu Mirişli FHN Tibb xidməti rəisi tibb xidməti istismar və iqtisadi işlər üzrə rəis müavini, tibb xidməti kapitanı Mirzəyeva Aidə Rəfail qızı Tibb xidmətinin rəisinin müavini vəzifələrindən azad ediliblər.
Nazirin digər əmri ilə 25.07.1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olan, tibb xidməti mayoru Tale Nadir oğlu Əlirzayev FHN Tibb xidməti rəisinin müavini təyin edilib.