03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Sergey Markov: “Hərbi əməliyyatların yenidən başlamasına səbəb İrəvanın Üçtərəfli Bəyanata əməl etməməsidir”

13.09.2022

"Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlar Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əməl etməməsi səbəbindən yenidən başlayıb”.

Bu barədə rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov dünən Ermənistan tərəfinin təxribatlarına Azərbaycan tərəfinin cavabını özünün "Telegram” kanalında şərh edərkən bildirib.

Markov qeyd edib ki, Ermənistan hələ də öz qoşunlarını Qarabağdan tam çıxarmayıb.

"Nəqliyyat dəhlizləri hələ də açılmayıb. Bunlardan ən mühümü Ermənistan ərazisindən keçərək Türkiyə - Naxçıvan - Zəngəzur - Azərbaycanın əsas ərazisi - Rusiya marşrutu ilə çəkilməli olan Zəngəzur dəhlizidir”, - deyə o əlavə edib.

Politoloq sərhəddə baş verənlərin bir səbəbinin də Ermənistanın sərhədin demarkasiyası və delimitasiyasını gecikdirməsini göstərib.

"Qarabağda ermənilərin yaşadığı hissədə Azərbaycana heç bir reinteqrasiya həyata keçirilmir. Orada heç bir kompromis əldə olunmayıb”, - deyə S.Markov vurğulayıb.

Markov yekunda qeyd edib ki, bütün bu məsələlər həll olunmayana qədər vaxtaşırı döyüşlər davam edəcək.