Peskov: Xarkov barədə Putinə məruzə olunub
12.09.2022
Rusiya Prezidenti Vladimir Putinə Xarkov vilayətinin İzyum və Balakleya şəhərləri ərazisində qoşunların yenidən qruplaşdırılması barədə məlumat verilib.
"DM" xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
"Təbii ki, baş verən hər bir hadisə, hərbçilərin xüsusi hərbi əməliyyat zamanı gördüyü hər bir hərəkət Ali Baş Komandana məruzə olunur. Prezident həm müdafiə naziri, həm də bütün hərbi rəhbərlərlə daim əlaqə saxlayır”, - Peskov bildirib.
Qeyd edək ki, Ukrayna ordusu sözügedən iqtisamətlərdə ciddi uğurlara imza atıb.