10 04 2025-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Azərbaycana ilk qar yağdı - FOTO

06.10.2018

Quba rayonunun Xınalıq, Dalıqaya, Zıxır və digər yüksək dağlıq kəndlərinə qar yağıb.
"Dövran Media"nın məlumatına görə, yağıntı gecə saatlarında rayonun əksər dağlıq kənd və məntəqələrinə düşüb.
Hazırda qarın hündürlüyü 2-3 santimetrə yaxındır.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkədə hava şəraitinin pisləşəcəyi barədə xəbərdarlıq edib.
Oxu: Hava şəraitinin sabitləşəcəyi vaxt açıqlandı
Oktyabrın 6-da Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz isə əksər rayonlarda havanın yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.