Millət vəkilləri türkiyəli qonaqlarla şəhid ailələrini ziyarət edib
12.09.2022
Millət vəkili, MM Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Bərdə rayonuna səfəri zamanı həmkarı Fatma Yıldırım, Azərbaycandan və Türkiyədən olan bir qrup ziyalı ilə birlikdə Bərdədə terror hadisəsi baş verən əraziləri ziyarət edib.
"DM" xəbər verir ki, qonaqlara 44 günlük müharibə vaxtı cəbhədən uzaqlardakı mülki əhalini raket atəşinə tutan Ermənistan hərbi-siyasi rəhbərliyinin vandallığı, müharibə cinayətləri haqda məlumat verilib.
Mədəniyyət komitəsinin sədri Q.Paşayeva, millət vəkili F.Yıldırım, Azərbaycandan və Türkiyədən olan bir qrup ziyalı Bərdədə Şəhidlər Xiyabanını ziyarət edərək qəhrəman şəhidlərimizin ruhuna dualar oxuyublar. Millət vəkilləri və ziyalılar şəhidlərimizin ailə üzvləri ilə də görüşüblər.
MM Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, millət vəkili Fatma Yıldırım şəhid ailələrimizin qayğıları ilə də maraqlanıblar, geniş fikir mübadiləsi olub.