Britaniyanın müvəqqəti işlər vəkili: “Ülyahəzrətin ölümü dərin kədər anıdır” - VİDEO
09.09.2022
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı müvəqqəti işlər vəkili Filip Barklay Kraliça II Elizabetin vəfatı ilə bağlı videomüraicət yayıb.
Bu video Böyük Britaniyanın Azərbaycandakı səfirliyi tərəfindən "Facebook” səhifəsində paylaşılıb.
"Ülyahəzrət Kraliçanın ölümü dərin kədər anıdır. Bu itkini bütün dünyada çox sayda insan hiss edəcək”, - o deyib.