21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Şuşada Natəvanın 190 illik yubiley tədbiri başlayıb

09.09.2022

Şuşada Azərbaycan bədii fikrinin görkəmli siması, şair Xurşidbanu Natəvanın 190 illik yubiley mərasimi keçirilir.

"DM" Report-a istinadən xəbər verir ki, tədbirdən əvvəl "Qarabağ” mehmanxanasının qarşısında ədibə həsr olunan sərgi açılıb.

Daha sonra Natəvanın evinin qarşısında "Məclisi-üns” ədəbi məclisinin açılışı olub.

Yubiley mərsaminində rəsmi şəxslər, mədəniyyət nümayəndələri, yazıçı və şairlər, həmçinin Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikasından olan qonaqlar iştirak edirlər.

AYB-nin yaradıcılıq məsələləri üzrə katibi, şair, yazıçı İlqar Fəhminin aparıcı olduğu məclisdə mədəniyyət naziri Anar Kərimov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rəfael Hüseynov, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnsititutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Raqub Kərimov və digər şəxslər çıxış edəcək.

Həmçinin türkdilli ölkələrdən şairlər şeirlər səsləndirəcək.

Qeyd edək ki, Xurşidbanu Natəvan xanım Cavanşir-Usmiyeva 1832 avqustun 6-da, Şuşada anadan olub. Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi olub. 1897 oktyabrın 2-də dünyasını dəyişib, Ağdamın "İmarət" qəbiristanlığında dəfn olunub.