Ramiz Mehdiyev həbsdə olan biznesmendən danışıb
09.09.2022
"Baku Steel Company” şirkətinin (poladəritmə zavodu) Müşahidə Şurasının sədri, 1 il 8 aydır həbsdə olan Rasim Məmmədov Prezident Administrasiyasının o zamankı rəhbəri Ramiz Mehdiyevin ünvanına müxtəlif ittihamlar səsləndirib.
"DM" xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Unikal-a açıqlamasında bu məsələ barədə danışmaq istəmədiyini bildirib.
"Mənim ona sözüm yoxdur. Kim nə danışır, danışsın. Əsas odur ki, mən özüm yaxşı bilirəm ki, hərəkətim və mənəviyyatım nədən ibarətdir. Biz hüquqi dövlətdə yaşayırıq. Hər kəs törətdiyi əmələ görə cavab verəcək”, - R.Mehdiyev əlavə edib.