21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Şahin Mustafayev: “Azərbaycan ərazisi ilə tranzit yükdaşımaları 47% artıb”

09.09.2022

Bu ilin yanvar-avqust aylarında Azərbaycan ərazisi ilə tranzit yükdaşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 47% çox olub.

"DM” xəbər verir ki, bunu Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev Bakıda Rusiya və İran rəsmiləri ilə keçirdiyi görüşdə bildirib.

"Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzində yerləşən Azərbaycan hazırda regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilib. Ölkələrimiz arasında sıx tarixi əlaqələr, ortaq mədəni dəyərlər mövcuddur. Azərbaycan hər iki ölkə ilə strateji münasibətlərin, siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafında maraqlıdır. O cümlədən, ölkələrimizin iştirakçısı olduğu Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ən böyük nəqliyyat əməkdaşlığı layihələrindən biridir. Bu dəhliz iqtisadi səmərəliliyinə, böyük həcmdə yük daşınması imkanlarına, vaxt və təhlükəsizlik baxımından çox böyük əhəmiyyət kəsb edir. Onunla daşımaların artırılması üçün geniş imkanlar mövcuddur”, - deyə hökumət rəsmisi qeyd edib.