ABŞ Rusiyaya görə İran şirkətlərini hədəf alıb
09.09.2022
ABŞ Rusiyaya PUA göndərdikləri üçün İran şirkətlərinə sanksiya tətbiq edib.
"DM" xəbər verir ki,bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, sanksiya tətbiq olunan "Safiran Airport Services” şirkətinə Rusiya və İran arasında hərbi uçuşların koordinasiyasında iştirak etdiyinə, o cümlədən Rusiyaya pilotsuz uçuş aparatlarının, personalın və avadanlıqların daşınması üçün uçuşlarda vasitəçi olduğuna görə sanksiya tətbiq edilib.
Sanksiya tətbiq edilən digər 3 şirkət – "Paravar Pars Company”, "Design and Manufacturing of Aircraft Engines” və "Baharestan Kish Company” isə SEPAH üçün PUA istehsalı ilə məşğuldur.