Britaniyanın Azərbaycandakı səfiri krallıqda təhsil alacaq tələbələrlə görüşüb
08.09.2022
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Ould krallıqda təhsillərini davam etdirəcək azərbaycanlı tələbələrlə görüşüb.
Bu barədə o, "Twitter” hesabında paylaşım edib.
"Azərbaycanın gələcək liderləri ilə görüşməkdən çox məmnun oldum. Onlar bu il təhsillərini "Chevening” proqramı çərçivəsində Böyük Britaniyada davam etdirəcəklər. Onlara uğurlar arzulayıram!” - deyə diplomat qeyd edib.