05 04 2025-cu il Bakı 11 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Amerikalı səyyah: Azad edilmiş ərazilərdə tərəqqinin şahidi oluruq

08.09.2022

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə hər səfərimiz zamanı tərəqqinin şahidi oluruq.

Bunu ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Charles Veley deyib.

O, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərinin cəlbedici nəticələrinin olduğunu vurğulayıb.

"Qarabağa son 12 ay ərzində 3 dəfə səfər etmişəm. Biz həqiqətən də, burada hər dəfə tərəqqinin şahidi oluruq. 30 illik işğal nəticəsində dağıntılar var idi və indi azərbaycanlılar yeni yerlər inşa edirdilər. Hər dəfə səfərim zamanı yeniliklərlə qarşılaşmışam. Məsələn, budəfəki səfərimizdə artıq biz Şuşada hotelin inşasının başa çatdığını gördük. O, çox cəlbedicidir. Həmçinin Şuşaya uzanan "Zəfər yolu” var, indi onunla yanaşı ,daha sürətli yol, yeni körpülər inşa edilir. Azərbaycanın bərpa işləri çox müsbət istiqamətdə irəliləyir”, - səyyah vurğulayıb.