Əvəz Zeynallı:Eynulla Fətullayev mənə 100 min manat təklif edib
08.09.2022
Xural TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallı həmkarı Eynulla Fətulluyevin onun barəsindəki 20 min manat rüşvət alması iddialarına münasibət bildirib.
"DM" xəbər verir ki, o canlı yayım edərək, iddiaları təkzib edib.
"Bir nəfər çıxıb deyə bilməz ki, 1 manat belə rüşvət almışam. Eynulla özü mənə 100 min manat rüşvət təklifi etdirib. Mən onun 100 min təklifindən imtina etmişəm.
Mən səs yazısında ianə edim deyərkən pulu yox, əlimdə olan sənədləri nəzərdə tutmuşam. Səsi vəkil Elçin Sadıqova göndərmişəm. O mənə öz ailəm qədər yaxın olduğu üçün səsdə izahlı sözlərdən istifadə etməyi lazı bilməmişən. Gərək Şərin Eynullası olduğunu nəzərə alaraq, orda söhbətin puldan getmədiyini xüsusilə vurğulayardım.
Eynulla Fətullayev məndən üzr istəməlidir!, - deyə o əlavə edib.