21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Kremlin yeni oyunu: Vardanyan niyə Xankəndiyə gəlir?

07.09.2022

Rusiyanın siyasi dairələrindən və onlara yaxın adamlardan öyrəndik ki, yaxın gələcəkdə Ermənistanın daxili siyasi sahəsində yenidənqurulma olacaq.

"DM"  xəbər verir ki, bu barədə Ermənsitanın "Hraparak” qəzeti yazıb.

"Əlbəttə ki, Rusiya Ermənistanda antirusiya əhval-ruhiyyəsi artdığının fərqindədir. Hazırda Ermənistan cəmiyyətinin 18%-i Rusiyaya qarşıdır. Bu, çox böyük rəqəmdir, xüsusən də elita arasında bu, təhlükəlidir. Rusiya bunun üçün təbliğat işlərinə başlamağa çalışacaq, həm də oyuna yeni oyunçular, yeni simalar təqdim edəcək”, - məlumatda deyilir.

Qeyd olunur ki, Ruben Vardanyanın Xankəndiyə gəlişi də təsadüfi deyil:

"Təsadüfi deyil ki, iş adamı Ruben Vardanyanın Xankəndiyə köçməsi bəzi suriyalı və qərbyönlü dairələrdə çaxnaşma yaradıb. Onlar Vardanyana qarşı əks-təbliğat aparmağa və Kremlin onu Xankəndiyə göndərdiyi tezisini yaymağa çalışırlar