Rusiya və Çin qazın rubl və yuanla ödənişinə keçir
06.09.2022
Rusiyanın "Qazprom” və Çinin CNPC neft-qaz korporasiyası qaz tədarükü üçün rubl və yuanla hesablaşmalara keçəcək.
"DM" xəbər verir ki, bu barədə "Qazprom” dan məlumat verilib.
Məlumata görə, "Qazprom”un rəhbəri Aleksey Miller və CNPC-nin Direktorlar Şurasının sədri Dai Houlianq arasında "Şərq” marşrutu üzrə qazın uzunmüddətli alğı-satqı müqaviləsinə dair saziş imzalanıb.
Aleksey Miller bildirib ki, yeni ödəniş mexanizmi qarşılıqlı faydalı, etibarlı və praktiki həll yoludur:
Yeni hesablamaya keçid Rusiya və Çin iqtisadiyyatlarının inkişafına əlavə təkan verəcək, həm də digər şirkətlər üçün gözəl nümunə olacaq”.