21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Peskov: “Türkiyə bizim üçün çox vacib tərəfdaşdır”

06.09.2022

"Türkiyə Qərbin anti-Rusiya sanksiyalarına qoşulmayıb və faktiki olaraq suveren, müstəqil xarici siyasət yürüdür”.

Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "İzvestiya”ya bildirib.

O qeyd edib ki, Ankara Moskva üçün mühüm siyasi tərəfdaş və dost ölkədir:

"Şübhəsiz ki, Türkiyə bizim üçün dost ölkədir, Türkiyə həm siyasi məsələlərdə, həm beynəlxalq siyasət, həm də ticari-iqtisadi əməkdaşlıq baxımından bizim üçün çox vacib tərəfdaşdır”.

Kremlin sözçüsü həmçinin qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Türkiyənin müxtəlif vəziyyətlərdə, o cümlədən Ukraynadakı taxıl məsələsində vasitəçilik səylərini yüksək qiymətləndirib.

Türkiyə ilə, xüsusən də Ukrayna məsələsində fikir ayrılıqlarının olduğunu bildirən Peskov əlavə edib:

"Müxtəlif mövzularda, ümumilikdə Ukrayna ilə bağlı fikir ayrılıqlarımız var. Biz Türkiyənin Ukrayna məsələlərində yanaşması ilə razı deyilik, lakin səbirlə öz fikirlərimizi, arqumentlərimizi, əmin olduğumuz məsələləri türkiyəli tərəfdaşlarımıza çatdırmağa davam edirik”.

Peskov Türkiyə və Rusiyanın ikitərəfli münasibətlərini qarşılıqlı hörmət və fayda prinsipləri əsasında qurduqlarını bildirib.