Lukaşenko bu şəxslərin vətəndaşlıqdan məhrum olunmasını təklif edib
06.09.2022
Ölkəni tərk edən və bununla da Belarusla əlaqəsini kəsən insanlar vətəndaşlıqdan məhrum edilə bilər.
"DM" xəbər verir ki, bu sözləri Belarusiya Prezidenti Aleksandr Lukaşenko deyib.
Prezidentin sözlərinə görə, məsələ ilə bağlı artıq qanun layihəsi hazırlanıb:
"Qanun layihəsində xaricə gedib dövlətin və xalqın ziyanına fəaliyyət göstərən, cinayət törədənlərin vətəndaşlıqdan məhrum edilməsi təklif olunub”.