Almaniya qışda enerji çatışmazlığı halında atom elektrik stansiyalarından istifadə edə bilər
06.09.2022
Almaniya qış aylarında yaşana bilənəcək enerji çatışmazlığı halında atom elektrik stansiyalarından istifadə etməyi düşünür.
Belə ki, ölkədəki üç atom elektrik stansiyasından ikisi 2023-cü ilin aprel ayının ortalarına qədər ehtiyat mənbəyi olaraq nəzərdə tutulur.
Bu barədə iqtisadiyyat və iqlimin mühafizəsi naziri Robert Habek açıqlama verib.
Nazir bu iki atom elektrik stansiyasının başlanğıcda nəzərdə tutulandan daha uzun müddət istismar edilə biləcəyini qeyd edib. Həmçinin AES-lərin uzunmüddətli istismarına icazə verilməsinin ədalətli və vacib qərar olduğunu vurğulayıb.
"Almaniyada kifayət qədər enerjimiz var və biz avropalı qonşularımızı da bu enerji ilə təmin edə bilərik”, - deyə Habek bildirib.
Mənbə: Haber Global