Peskov: Avropa iqtisadiyyatında böyük xaos yaşanır
06.09.2022
Hazırda Avropa ölkələrinin iqtisadiyyatında böyük xaos var.
"DM" xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Biz üst-üstə düşən iki böhranla qarşılaşdıq. COVİD-19 və Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyaların doğurduğu böhran. Əslində hər iki böhran rezonans doğurdu və indi biz Avropa ölkələrinin iqtisadiyyatında və dünya iqtisadi əlaqələrində böyük xaos görürük”, - o bildirib.