Türkiyə bu tarixdən Polşaya “Bayraqdar” göndərəcək
06.09.2022
"Bayraqdar TB2” pilotsuz uçuş aparatlarının (PUA) Polşaya tədarükü oktyabrda başlayacaq.
"DM" xəbər verir ki, bu sözləri Türkiyənin "Baykar” şirkətinin baş direktoru Haluk Bayraqdar bildirib.
Onun sözlərinə görə, "Bayraqdar TB2”-nin Polşa üçün hazırlanmasında dəyişikliklər var.
"Məlumatların ötürülməsi sistemində və radar yükündə fərqlər var. Eyni zamanda, bu müqavilə çərçivəsində Polşada pilotsuz təyyarəyə hərtərəfli texniki xidmət göstərilməsi üçün şərait yaradılacaq. Polşa çox böyük bazardır, yüksək alıcılıq potensialı, müdafiə və aerokosmik sektorlara böyük investisiyalar qoyulur. Ona görə də bu, Türkiyə üçün də çox vacib bazardır”,- Bayraqdar qeyd edib.