Ukrayna Prezident Ofisi Krım əhalisini yarımadada müharibəyə hazır olmağa çağırıb
05.09.2022
Ukrayna Prezident Ofisi Krım yarımadasının əhalisinə müraciət edib.
"DM” xəbər verir ki, bu barədə qurum rəhbərinin müşaviri Mixaylo Podolyak tviter səhifəsində yazıb.
O bildirib ki, Krım sakinləri yarımadanın işğaldan azad olunmasına hazır olmalıdır: "Biz işğal olunmuş ərazilərin, o cümlədən Krım yarımadasının əhalisinin işğaldan azad olunma zamanı rəsmi orqanların tövsiyələrinə əməl etmələrini xahiş edirik. İndidən sığınacaq, yetərincə su ehtiyatını təmin etmək lazımdır”.