Rusiya teraktdan sonra mühafizəni gücləndirib
05.09.2022
Rusiyanın Kabildəki səfirliyinin mühafizə tədbirləri Taliban hakimiyyəti və Əfqanıstan əks-kəşfiyyatının əlavə qüvvələrinin cəlb olunması ilə gücləndirilib.
"DM" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Qeyd edək ki, kamikadzenin Rusiya səfirliyi önündə partlayış törətməsi nəticəsində 10 nəfərin öldüyü, 8 nəfərin isə xəstəxanaya yerləşdirildiyini bildirir.
Bəzi məlumatlara görə, ölənlər arasında səfirliyin iki əməkdaşı (bir diplomat və bir mühafizəçi) də var.