Ərşad Hüseynov: "Bakı yollarında indiyədək rast gəlmədiyimiz tıxaclar yaranacaq"
05.09.2022
"Bu il dərslər başladıqdan (cəmi bir həftədən) sonra paytaxt Bakının küçələrində son illər rast gəlmədiyimiz tıxaclara şahidlik edəcəyik".
Bunu nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.
O qeyd edib ki, bunun müxtəlif səbəbləri var. Ekspert vurğulayıb ki, paytaxtın ictimai nəqliyyatının bel sütunu olan avtobuslarla sərnişin daşıma çox ciddi iqtisadi, texniki və təşkilati böhran yaşayır: "Belə davam etsə, dövlətin ciddi dəstəyi və müdaxiləsi olmasa, bu sektorun çöküşü çox uzaqda deyil".
Ə.Hüseynov bildirib ki, taksi aqreqatorları "hər kəsi ucuz qiymətə biz daşıyacağıq" devizini açıq səsləndirirlər: "İlk baxışdan cazibədar, lakin Bakı kimi iri şəhərdə reallıqdan uzaq olan bu ideya son illərdə taksi minik avtomobillərinin sayının dəfələrlə artmasına gətirib çıxarıb".