Ərdoğan Balkan ölkələrinə səfər edəcək
05.09.2022
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Bosniya və Herseqovina, Serbiya və Xorvatiyaya səyahət edəcək.
"DM" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata əsasən, səfərlərin gündəliyinə ikitərəfli əlaqələr, regional sülh və sabitlik, ticarət həcminin artırılması istiqamətində atılacaq addımlar kimi məsələlər daxil edilib.
Ərdoğanın səfəri zamanı ölkələrlə mühüm ikitərəfli sazişlərin imzalanması da nəzərdə tutulur.
Qeyd edək ki, səfərlər 6-8 sentyabr tarixlərində baş tutacaq.