Şoyqu: Üç min əcnəbi muzdlu məhv edilib
02.09.2022
Ukraynada xüsusi əməliyyat başlayandan bəri Rusiya Silahlı Qüvvələri tərəfindən Ukrayna tərəfində döyüşən üç minə yaxın əcnəbi muzdlu məhv edilib.
"DM" xəbər verir ki, bu barədə cümə günü Rusiyanın müdafiə naziri Sergey Şoyqu konfransda bildirib.
"Ukrayna Silahlı Qüvvələrinin itkiləri fonunda əcnəbi muzdluların axınında azalma müşahidə olunur. "Xüsusi əməliyyat” başlayandan bəri onların sayı üç min nəfər azalıb. 2831 əcnəbi yaraqlı məhv edilib”, - o qeyd edib.