Ukraynanın Baş naziri Almaniyaya səfər edəcək
02.09.2022
Ukraynanın Baş naziri Denis Şmıqal Almaniyaya səfər edəcək.
"DM" DPA-ya istinadən xəbər verir ki, Ukrayna hökumət başçısı sentyabrın 3-də Berlinə gedəcək.
Sentyarbrın 4-də o, Almaniya Kansleri Olaf Şoltsla görüşəcək.
Qeyd edək ki, Baş nazir Şmıqal son altı ayda Berlinə səfər edən ən yüksək vəzifəli ukraynalı siyasətçi olacaq.