Hulusi Akar: “Müttəfiqlərimizi xəbərdar etmişik”
02.09.2022
"Bu silahlanma deyilən, ittifaq deyilən şeylə heç bir yerə gedib çıxa bilməzsiniz. Uzatdığımız əli tutun”.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Yunanıstanın Egey dənizinə daxil olmasına bu sözlərlə reaksiya verib.
"Həmsöhbətlərimizə Yunanıstanın macəraya atılmamasını, bir daha problemə düşməməsini, bir daha böyük zərbə almamasını, xəyal qırıqlığı ilə nəticələnəcək cəhdlərdən əl çəkməsini və tarixdən dərs alması lazım olduğunu dönə-dönə xatırlatmağa davam edirik.
NATO və üçüncü ölkələr Yunanıstanın nə etdiyini görməlidirlər. Müttəfiqlərimizi xəbərdar etmişik, onlardan obyektiv olmalarını gözləyirik”, - deyə Akar vurğulayıb.
Mənbə: Haber Global