Akopyanın fonduna anonim köçürmələr edilir
02.09.2022
Ermənistanın Baş nazirinin həyat yoldaşı Anna Akopyanın rəhbərlik etdiyi "Moy Şa” fonduna böyük miqdarda anonim ianələr köçürülür.
"DM" xəbər verir ki, bu barədə"Joqovurd” qəzeti məlumat yayıb.
Məlumata görə, 2021-2022-ci illərdə fondun hesablarına 5 milyon dram (10 min dollar), 47 milyon dram (90 min dollar), 25 milyon dram (50 min dollar), 37 milyon dram (75 min dollar) 20 milyon dram (40 min dollar), 8 milyon dram (16 min dollar) məbləğində 13 böyük birdəfəlik köçürmələr daxil olub:
"Eyni zamanda, birbaşa dollarla da köçürmələr edilib: 300 min dollar, 5 min dollar və s. Əvvəlki illərin rəqəmləri daha böyükdür. 2018-ci ildə fonda 500 min dollar, həmçinin 77 milyon dram (150 min dollardan çox) köçürülüb. 2019-cu ildə anonim mənbələrdən fonda 258 milyon dram (500 min dollardan çox), 50 min dollar və 10 min avro, 2020-ci ildə isə 10 milyon dram (20 min dollar) və 1019 dollar daxil olub. 2018-ci ilin əvvəlində "Moy Şa” Qəyyumlar Şurasının üzvü, Ermənistan parlamentinin keçmiş vitse-spikeri Lena Nazaryan Fonda anonim köçürmələrin məxfiliyinin açılmasını tələb edərək məhkəməyə müraciət edib. Buna baxmayaraq, indi nədənsə özünün əlaqəli olduğu fonda anonim köçürmələr mövzusuna toxunmamağa üstünlük verir”.