Polşa qırıcıları Slovakiyanın hava məkanını qorumağa başlayıb
01.09.2022
Sentyabrın 1-dən Polşa qırıcıları Slovakiyanın hava məkanında tapşırıqlar yerinə yetirməyə başlayacaqlar.
Məqsədin müttəfiqlərin ümumi təhlükəsizliyini yaxşılaşdırmaq olduğu qeyd edilir.
"Prezident Andjey Dudanın qərarına əsasən, sentyabrın 1-dən Polşa qırıcıları Slovakiyanın hava məkanında tapşırıqları yerinə yetirməyə başlayır. Bu missiyanın məqsədi Rusiyanın Ukraynaya təcavüzü nəticəsində yaranmış təhlükəsizlik böhranı fonunda müttəfiqimizi gücləndirməkdir”, - deyə Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Pavel Solox bildirib.
Prezidentin fərmanına əsasən, sentyabrın 1-dən "F-16” və ya "MİQ-29” qırıcıları növbə çəkməyə başlayacaq.
Mənbə: Yevropeyskaya pravda