Putin Kalininqrada gedib
01.09.2022
Prezident Vladimir Putin Rusiyanın Avropadakı yarım eksklavı olan Kalininqrad vilayətində səfərdədir.
"DM” xəbər verir ki, bu barədə Rusiya dövlət KİV-i məlumat yayıb.
Məlumata görə, onun region üzrə proqramının əsas hissəsi Bilik Gününə həsr olunub. Belə ki, dövlət başçısı Ümum-Rusiya Uşaq və Gənclərin İctimai-Dövlət Hərəkatının Müşahidə Şurasının üzvlərinin ilk təkbətək görüşünü keçirəcək.
O, həmçinin muzeyə və teatr tədris kompleksinə baş çəkəcək, mədəniyyət, incəsənət, elm və idman sahələri üzrə olimpiada və müsabiqələrin qaliblərinin iştirak edəcəyi "Vacib məsələr barədə söhbət” adlı açıq dərs keçirəcək.
Eyni zamanda Tacikistan Prezidenti Emoməli Rəhmonla birlikdə Putin videobağlantı vasitəsilə Mərkəzi Asiya ölkəsində rus dilində tədris olunan beş ümumi təhsil məktəbinin təntənəli açılışında iştirak edəcək.