Qazaxıstan taxıl və unun ixracına qoyulan məhdudiyyətləri aradan qaldırır
01.09.2022
Qazaxıstan taxıl və unun ixracına qoyulan məhdudiyyətləri aradan qaldırır.
Bu barədə Qazaxıstan baş nazirinin saytında yerləşdirilən məlumatda deyilir.
Müvafiq qərarı Qazaxıstan Xarici Ticarət Siyasəti və Beynəlxalq İqtisadi Təşkilatlarda İştirak üzrə İdarələrarası Komissiyası qəbul edib.
Məhdudiyyətlər yaxşı taxıl məhsulu gözləntiləri ilə əlaqədar götürülür.
"Bu il 13 milyon tondan çox buğdanın yığılması planlaşdırılır ki, bu da ötənilki məhsulu 12% üstələyir. Daxili istehlak üçün təxminən 6,5 milyon ton tələb olunur. 10 sentyabr 2022-ci ildən taxıl və unun ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması qərara alınıb”, - hesabatda izah edilir.
Qazaxıstandan taxıl və unun ixracına məhdudiyyət 2022-ci il iyulun 8-dən sentyabrın 30-dək olan dövr üçün tətbiq edilib.
Həmçinin, iribuynuzlu mal-qara və xırdabuynuzlu heyvanların ixracına kvotalar müəyyən edilir.
Regionlararası Komissiyanın iclasında damazlıq mallar istisna olmaqla, Qazaxıstandan iribuynuzlu mal-qara və xırdabuynuzlu heyvanların ixracı üçün kvotaların müəyyən edilməsi barədə də qərar qəbul edilib.
Qazaxıstanda yanvarın 21-dən iyulun 21-dək iribuynuzlu və xırdabuynuzlu heyvanların ölkədən çıxarılmasına tam qadağa qoyulub.
Mənbə: DW