Lavrov: “Qərb Rusiyanı zəiflətmək məqsədinə nail olmayacaq”
01.09.2022
Qərb ölkələri Rusiyanı zəiflətmək və müstəqil qüvvə kimi beynəlxalq arenaya çıxmasının qarşısını almaq məqsədinə nail olmayacaq.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində (MQİMO) tələbələr qarşısında çıxışında bildirib.
"İndi baş verənlər Ukrayna xalqının maraqları ilə bağlı deyil. Söhbət, onların hesab etdiyi kimi, Rusiyanın beynəlxalq aləmdə müstəqil qüvvə kimi qorunub saxlanmasının qarşısının alınmasından gedir. Dövlətimizin tarixində daha ciddi mərhələlər olub. Bizim rolumuz, beynəlxalq arenada yerimiz digər "tərəfdaşlarımızda" ironik adlandırdığımız kimi Rusiyanı zəiflətmək istəyini oyadıb. Əminəm ki, bu, heç bir nəticə verməyəcək, çünki keçmişdə heç kim bunu edə bilməyib”, - deyə Lavrov vurğulayıb.
Lavrov deyib ki, "Qərb qonşuluğu” "öz qaydalarını tətbiq etmək” kursu götürüb. Onun sözlərinə görə, bu qaydalardan biri də Rusiyanın təcrid olunmasıdır: "Onlar belə deyirlər: "Dünya nizamı bizim qaydalarımıza əsaslanmalıdır. Bu qaydalardan biri də Rusiyanın təcrid olunmasını elan etdilər. Bizi təcrid etmək alınmayacaq. Onlar artıq bunu dərk ediblər”.