Selfi edərkən EHTİYATLI OLUN
04.10.2018
"Dövran Media” Zelv.ru-ya istinadən xəbər verir ki, Rusiya Federasyası selfi edərkən bədbəxt hadisə zamanı ölənlərin sayına görə 2-ci yerdədir.
Journal of Family Primary Care and Medicine sayında dərc olunmuş tədqiqatda bildirilir ki, Hindistan, Rusiya və ABŞ selfi çəkdirilən anda bədbəxt hadisələr və ölüm hallarının sayına görə liderdir. Hind mütəxəssisləri dünya xəbərlərinə əsaslanaraq belə qənaətə gəliblər ki, 2011-ci ilin oktyabr ayından 2017-ci ilin noyabrına qədər 259 nəfər selfi etmək istəyərkən bu və ya digər bədbəxt hadisə nəticəsində ölüb. Belə halların yarısı Hindistanın (159 nəfər) üzərinə düşür. Sonra Rusiya (16), ABŞ (14) və Pakistan (11) gəlir. Tədqiqatçıların məlumatına görə, həlak olanların orta yaşı təxminən 23 ildir. Kişilər arasında ölüm halları daha çoxdur (72,5%), çünki onlar riskə meyllidirlər. Hesabatda həmçinin qeyd olunur ki, 2014-ci ildən 2015-ci ilə qədər müqayisədə 2016-ci ildən 2017-ci ilədək selfi edərkən daha çox ölüm halları aşkar edilib.