İrəvan: Azərbaycandan Naxçıvana avtomobil yolu açılır
01.09.2022
Azərbaycanın qərb rayonlarından Naxçıvana mümkün avtomobil marşrutu tranziti inkişaf mərhələsindədir.
"DM" xəbər verir ki, bu barədə məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti yayıb.
"Sputnik” Ermənistan Milli Təhlükəsizlik Xidmətindən Azərbaycanla sərhəddə 3 sərhəd-keçid məntəqəsi açılacağı barədə 18 avqustda yayılan məlumata aydınlıq gətirilməsini istəyib. Belə ki, bu sərhəd-buraxılış məntəqələrinin açılmasını Milli Təhlükəsizlik Xidməti təklif edib.
Ermənistan MTX-dən bildirilib ki, layihəyə əsasən, açılacaq 3 sərhəd-buraxılış məntəqəsinin köməyi ilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında avtomobil nəqliyyatının hərəkətini təmin etmək olacaq:
"Hazırda mümkün avtomobil marşrutları və prosedurlar üzərində iş gedir. Müvafiq qərarlar qəbul edildikdən sonra daha müfəssəl bilgi veriləcək”.
Qeyd edək ki, Ermənistan-Azərbaycan sərhədində bu sərhəd-buraxılış məntəqələrinin açılması təklif edilir:
- "Sotk”-"Kəlbəcər”, Göyçə rayonu/Kəlbəcər rayonu;
- "Arazdəyən”-"Sədərək” – Vedi rayonu/Sədərək rayonu
- "Qaraunc”-"Eyvazlı” – Zəngəzur rayonu/Qubadlı rayonu.