Mariya Zaxarova: “Rusiya Bakı və İrəvanla əyani işi davam etdirir”
31.08.2022
"Rusiya Baş nazirin müavinlərinin həmsədrliyi ilə profilli üçtərəfli işçi qrup vasitəsilə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məqsədilə Bakı və İrəvanla əyani işi davam etdirir”.
"DM"-nın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.
O vurğulayıb ki, işçi qrup çərçivəsində Azərbaycanın, Ermənistanın suverenliyinə hörmət əsasında qurulacaq və bütün Cənubi Qafqazın təhlükəsizliyi və iqtisadi rifahına xidmət edəcək konkret marşrutlar üzrə paket həll variantı razılaşdırılır.