MAQATE rəsmiləri Zaporojye AES-ə gedib
31.08.2022
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Mariano Qrossinin başçılıq etdiyi nümayəndə heyəti Ukraynanın cənub-şərqindəki Zaporojye AES-də araşdırmalar aparmaq üçün yola düşüb.
"DM" xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) prezidenti Qrossi açıqlama verib.
"Bu, çox mürəkkəb əməliyyatlardır. Döyüş bölgəsinə gedirik. İşğal olunmuş torpaqlara . Bu sadəcə ruslardan deyil, həm də Ukraynadan zəmanət tələb edir. Biz buna nail olduq və indi Zaporojye AES-ə doğru irəliləyirik”, - Qrossi bildirib.