ABŞ-dan Bakı və İrəvana çağırış
31.08.2022
ABŞ Ermənistan və Azərbaycanı hərtərəfli sülh sazişinin imzalanması üçün diplomatik əməkdaşlığı aktivləşdirməyə çağırır.
"DM" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Vedant Patel deyib.
"Əvvəl dediklərimizi təsdiq edə bilərəm. ABŞ Cənubi Qafqazda təhlükəsiz, sabit, demokratik və dinc gələcəyin qurulmasını stimullaşdırmağa davam etməyə hazırdır. Biz Ermənistan və Azərbaycanı diplomatik fəaliyyəti aktivləşdirməyə və hərtərəfli sülh sazişinin imzalanmasına nail olmağa çağırırıq”, - Patel bildirib.