Qarabağda müharibədə ölən erməni əsgərlərin valideynləri Paşinyanın həbsini tələb edir
30.08.2022
Ermənistanın paytaxtı İrəvanda 44 günlük müharibədə həlak olan hərbçilərin yaxınları Baş Prokurorluq qarşısında aksiya keçirir.
"DM" "Sputnik Armenia”ya istinadən xəbər verir ki, şəhərin mərkəzindəki Vazgen Sarkisyan küçəsini kəsən etirazçılar baş prokuror Artur Davtyandan Baş nazir Nikol Paşinyana qarşı cinayət işi açaraq onu həbs etməyi tələb edib.
Onlar Nikol Paşinyanın sabah Brüsselə səfər etməzdən qabaq həbs olunmasını tələb ediblər.
Bir müddət sonra etirazçılar küçəni hərəkət açsalar da, Baş Prokurorluq önündə aksiyalarını davam etdirirlər.