Separatçıların keçmiş “müdafiə naziri” saxlanılıb
30.08.2022
Xankəndidə, rus sülhməramlılarının məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan separatçı-terrorçuların keçmiş "müdafiə naziri” Mikael Arzumanyan saxlanılıb.
"DM" xəbər verir ki, bu barədə "Politik.am” saytı məlumat yayıb.
Məlumatına görə, o, Ermənistan İstintaq Komitəsinin Hərbi İdarəsinin müstəntiqlərinin göstərişi ilə Xankəndidən İrəvana gedən yolda saxlanılıb.