BMT-də akkreditə olunan xarici KİV nümayəndələri işğaldan azad olunmuş Ağdam şəhərinə səfər ediblər.
30.08.2022
BMT-də akkreditə olunan xarici KİV nümayəndələri işğaldan azad olunmuş Ağdam şəhərinə səfər ediblər.
Jurnalistlər əvvəlcə Ağdamın Sarıcalı kəndinə gəliblər. Media nümayəndələrinə Ermənistan tərəfindən basdırılan minalar və aparılan təmizləmə işləri barədə məlumat verilib.
Qonaqlar Ağdamın tarixi, indiki vəziyyəti, burada törədilən erməni faşizmi barədə ətraflı məlumatlandırılıblar. Jurnalistlər səfər zamanı yaşadıqları təəssüratları bölüşüblər.
Qonaqlara həmçinin Ağdamda həyata keçiriləcək quruculuq işləri barədə də ətraflı məlumat verilib.