Putin və Lukaşenko Ukraynanı müzakirə edib
30.08.2022
Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı baş tutub.
"DM" xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat verilib.
"Telefon danışığı zamanı gündəlikdə olan bəzi aktual mövzular, eləcə də Ukraynadakı vəziyyət müzakirə edilib”, - məlumatda deyilib.