21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Veteranlara qarşı dələduzluq edən QHT rəhbərinin oğluna hökm oxunub

30.08.2022

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan Elvin Əhmədpurun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

"DM" xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Elvin Əhmədpur külli miqdarda dələduzluqda təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrum olunub.

Xatırladaq ki, Elvin Əhmədpur bir neçə nəfər 1-ci Qarabağ müharibəsi veteranına Qaradağ rayonu "Qobu Park” yaşayış kompleksindən mənzil ala biləcəyi vədini verərək onların külli miqdarda pulunu ələ keçirib.

O, zərərçəkmişlərə güzəştli şərtlərlə ev almaqda "Şəhid Ailələrinə Sosial Dəstək” ictimai birliyinin sədri olan anası Almaz Zeynalovanın kömək edəcəyini deyib.

Bütün bu əməllərə görə, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 178.2.2(təkrar dələduzluq) və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə yekun ittiham verilib.