Azərbaycan 1000 addan artıq silah-sursat növü istehsal edir
30.08.2022
"ADEX” sərgisinin məqsədi ölkəmizi dünyaya nümayiş etdirməkdir.
"DM" xəbər verir ki, bunu Bakıda keçirilən "ADEX” və 13-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə "Securex Caspian” sərgilərinə həsr olunan mətbuat konfransında müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev deyib.
O qeyd edib ki, sərgidə ölkələr ən müasir silah növləri ilə təmsil olunacaq: "Biz də özümüzün ən yeni müasir silahlarımızı bu sərgidə nümayiş etdirəcəyik. Bildirmək istəyirəm ki, Azərbaycan 1000 addan artıq silah-sursat növü istehsal edir. Biz sərgidə bunları nümayiş etdirəcəyik. Sərgidə Azərbaycan istehsalı olan ən müasir pilotsuz uçuş aparatları sərgi iştirakçılarına nümayiş etdiriləcək".