İran nüvə sazişini pozub
30.08.2022
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın uranı 5%-ə qədər zənginləşdirdiyi barədə hesabat yayıb.
Hesabatda İranın Natanzdakı yeraltı obyektdə qabaqcıl "IR-6” sentrifuqalarından istifadə etməklə uranı 5%-ə qədər zənginləşdirdiyi barədə məlumat verilib.
"28 avqust 2022-ci ildə yanacağın zənginləşdirilməsi üzrə müəssisədə fəaliyyət göstərən agentlik təsdiq etdi ki, İran uranın 5%-ə qədər zənginləşdirilməsi əməliyyatlarını həyata keçirir”, - deyə BAEA-nın hesabatında qeyd edilir.
Halbuki 2015-ci ildə İranın nüvə sazişinə uyğun olaraq İranda uranın zənginləşdirilməsi üçün icazə verilən səviyyə 3,67%-dən çox olmamalıdır.
Mənbə: TASS