ABŞ-dan neftlə bağlı PROQNOZ
07.02.2018
ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) bu il üçün neftin qiymətinə dair proqnozunu yüksəldib.
EIA-nın fevral ayı üzrə hesabatında bildirilir ki, 2018-ci ildə "Brent” markalı xam neftin bir barrelinin orta qiyməti 62 dollar olacaq.
"Light” markalı xam neftin bir barrelinin orta qiymətinin isə 58 dollar olacağı təxmin edilir.
Bununla da əvvəlki proqnozu ilə müqayisədə EIA həm "Brent”in, həm də "Light” neftinin cari il üçün orta qiymətinə dair proqnozunu 2 dollar/barrel artırıb.
Yanvardakı hesabatında EIA 2018-ci ildə "Brent” markalı xam neftin bir barrelinin orta qiymətinin 60 dollar, "Light” markalı xam neftin bir barrelinin orta qiymətinin isə 56 dollar olacağını nəzərdə tuturdu./modern.az/
DM